Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tural Gəncəliyevə seçicilərdən böyük etimad

0

  •         Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 122 saylı Xankəndi seçki dairəsindən namizəd Tural Gəncəliyevin təşviqat kampaniyasına start verildi. Tural Gəncəliyev yanvarın 18-də təşviqat kampaniyası çərçivəsində Gəncə şəhərində Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında  və Gəncə şəhəri Yeni qəsəbə-2-də, Goranboy rayonunun Yeni yaşayış massivində, Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan Xankəndi və Kərkicahan sakinləri ilə görüş keçirdi. Yeni salınmış qəsəbələrdə ucaldılmış Xocalı soyqırımı abidəsi önünə qərənfillər düzən Tural Gəncəliyev, şəhidlərimizin ruhunu ehtiramla yad etdi.
             Görüşlərdə namizəd seçki platformasını diqqətə çatdırdı. Onun əsas amalının məcburi köçkünlərin sosial təminatının gücləndirilməsi və köçkünlərin doğma torpaqlara qayıtmaları üçün ölkə rəhbərinin apardığı siyasətə dəstək verməsi olduğunu bildirdi. 
            Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri kimi idarə heyətinin üzvləri ilə birlikdə gördüyü işlərindən, bir sıra xarici ölkələrdə keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. 
            Seçicilər görüşdə Tural Gəncəliyevə böyük rəğbətlərini ifadə etdilər. Onun fəaliyyəti ilə fəxr hissi keçirdiklərini dedilər. Namizədə xeyir-dua verdilər. Bununla bərabər, sakinlər onları narahat edən ümumi məsələləri səsləndirdilər. Hər bir vətəndaşı diqqətlə dinləyən icma rəhbəri qaldırılan problemlərin həlli üçün əməli addımlar atacağını vurğuladı. Gəncə şəhərində Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında məskunlaşan kərkicahanlıların qaz təminatında yaranmış problemlə bağlı qaldırdığı məsələ yerindəcə öz həllini tapdı. 
    Qeyd edək ki, Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Xankəndi şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məhşur məhəllələrindən biri sayılan “Çölqala Məhəlləsi”ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb.
            Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub.
            Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarımdan iştirak edib.
            Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köşüb və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib. 1995-ci ildə Bakıda musiqi məktəbləri arasında keçirilmiş Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqi müsabiqəsinin qalibi olub və Dövlət Filarmoniyası və Rəşid Behbudov adına mahnı teatrında musiqi proqramları ilə çıxış edib.
            2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib.
            5 avqust 2004-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.
            2008-ci ilin dekabr ayında Azərbaycanın Kanadadakı səfirliyinə ezam edilib.
            Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb.
            2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanın Çex Respublikasındakı səfirliyinə birinci katib vəzifəsinə təyin edilib.
            2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində “İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib.
    2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb.
            Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. (Almaniya, Bolqarıstan, Misir və s.).
            İngilis, fransız və rus dillərini bilir. Ailəlidir.
            Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilib. 
            Tural Gəncəliyevə fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayırıq. 























































































































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib53 dəfə
    Tural Gəncəliyevə seçicilərdən böyük etimad

    Maraqlı gələ bilər
    45
    417
    45
    61
    55
    74